“Qarabağ” futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində “Kopenhagen”ə qalib gəlib - YENİLƏNİB-2 - VİDEO

“Qarabağ” futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində “Kopenhagen”ə qalib gəlib - YENİLƏNİB-2 - VİDEO Qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb
Futbol
15 Avqust , 2017 21:55
“Qarabağ” futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində “Kopenhagen”ə qalib gəlib - YENİLƏNİB-2 - VİDEO

Bakı. 15 avqust. REPORT.AZ/ “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyununda Danimarka çempionu “Kopenhagen”ə qalib gəlib.

"Report" xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşmada yeganə qol birinci hissədə - 25-ci dəqiqədə vurulub. "Qarabağ" komandasının heyətində Mahir Mədətov fərqlənib.


***20:47

"Qarabağ"-"Kopenhagen" matçının birinci hissəsi Ağdam təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0.

“Report”un məlumatına görə, görüşün 25-ci dəqiqəsində "Qarabağ" komandası hesabı açıb. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib.


***20:00

Bakı. 15 avqust. REPORT.AZ/ “Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının “pley-off” mərhələsində ilk oyunu start götürüb.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu “Kopenhagen”i qəbul edir.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matç həm “Qarabağ”, həm də Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır. Qitənin ən nüfuzlu klub turnirində “pley-off”a vəsiqə qazanmaqla ilkə imza atan “köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün də Bakıda keçiriləcək ilk matçda müsbət nəticə əldə etmək vacibdir.

Çempionlar Liqası

“Pley-off” mərhələsi, ilk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

Baş hakim: Paolo Taqliavento

Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza

Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato

Dördüncü hakim: Filippo Meli (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Frits Stuçlik (Avstriya)

UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 

Son xəbərlər

Orphus sistemi