"Qarabağ" Konfrans Liqasında topa ən çox nəzarət edən komandadır

"Qarabağ" Konfrans Liqasında topa ən çox nəzarət edən komandadır UEFA Konfrans Liqasının qrup mərhələsinin lII turundan sonra statistik göstəricilər açıqlanıb.
Futbol
22 Oktyabr , 2021 12:45
Qarabağ Konfrans Liqasında topa ən çox nəzarət edən komandadır

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turundan sonra statistik göstəricilər açıqlanıb.

"Report"un məlumatına görə, "Qarabağ" 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən klubdur.

Ağdam təmsilçisi 64 faiz göstərici ilə bu nominasiyada liderdir.

Niderlandın AZ (59.7) komandası ikinci, Çexiyanın "Slaviya" (Praqa) (58,7) klubu isə üçüncü sıradır.

Bundan əlavə, "köhlən-atlar" 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə oynayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu göstəricidə 5-cidir.

Azərbaycan təmsilçisi bütün görüşlərdə 54 dəfə qol epizodu yaradıb ki, bu da turnirdəki komandalar arasında 3-cü nəticədir.

Son xəbərlər

Orphus sistemi