“Qarabağ” komandası “Linfild” ilə oyunda hesabı açıb

“Qarabağ” komandası “Linfild” ilə oyunda hesabı açıb UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Linfild” komandalarının cavab qarşılaşması başlayıb.
Futbol
29 Avqust , 2019 20:34
“Qarabağ” komandası “Linfild” ilə oyunda hesabı açıb

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Linfild” komandalarının cavab qarşılaşması başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi hesabı açıb.

"Qarabağ"ın futbolçusu Xayme Romeo matçın 6-ci dəqiqəsində rəqib komandanın qapısına yol tapıb - 1:0. Əgər oyun bu hesabla bitərsə, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, Belfastda ilk oyun Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi