İlin ən yaxşı əcnəbi idmançısı: "Azərbaycanda özümü legioner kimi hiss etməmişəm"

İlin ən yaxşı əcnəbi idmançısı: "Azərbaycanda özümü legioner kimi hiss etməmişəm" "Özümü həmişə öz evimdə hiss etmişəm"
Futbol
20 Dekabr , 2016 17:48
İlin ən yaxşı əcnəbi idmançısı: Azərbaycanda özümü legioner kimi hiss etməmişəm

Bakı. 20 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun müdafəçisi Ansi Aqolli İdman Araşdırmalar Mərkəzi tərəfindən jurnalistlər arasında keçirilən sorğuda "İlin ən yaxşı əcnəbi idmançısı" seçilməsi ilə əlaqədar fikirlərini bildirib. 

"Report"un məlumatına görə, Albaniya yığmasının üzvü klubun mətbuat xidmətinə açıqlamasında mükafata layiq görülməsinin böyük şərəf olduğunu deyib.

34 yaşlı oyunçu "Qarabağ"a gəldiyi gündən özünü legioner kimi hesab etmədiyini söyləyib: "Buna görə də baş məşqçi Qurban Qurbanova, klub rəhbərliyinə, komanda yoldaşlarıma və azarkeşlərimizə təşəkkür edirəm. Ölkəmdən kənarda oynamağıma baxmayaraq, özümü həmişə evimdə hiss etmişəm. Bu mükafatı baş məşqçimiz, klubumuzda çalışan hər bir kəs və azarkeşlərlə paylaşmaq istıyirəm. Məni bu mükafata layiq gördüklərinə görə jurnalistlərə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi