"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb - FOTO

"Qarabağ" klubunun kollektivi London şəhərinə çatıb - FOTO London. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın Qarabağ futbol komandası çarter reysi ilə Britaniyanın Luton hava limanına eniş edib.
Futbol
106
12 Dekabr , 2018 01:38
Qarabağ klubunun kollektivi London şəhərinə çatıb - FOTO

London. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol komandası çarter reysi ilə Britaniyanın "Luton" hava limanına eniş edib.

"Report"un London müxbirinin xəbərinə görə, komandanı gətirən təyyarə Bakı vaxtı ilə 23:30-da adıçəkilən hava limanında dayanıb.

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İngiltərənin "Arsenal" komandası ilə görüşəcək. Londondakı "Emirates" stadionunda keçiriləcək matç dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00 da start götürəcək. Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Aytən Abbaslı

Son xəbərlər

Orphus sistemi