"Qarabağ” klubunun futbolçuları cəbhə bölgəsində olublar

"Qarabağ” klubunun futbolçuları cəbhə bölgəsində olublar Futbolçular Ağdamda əsgərlərlə görüşüblər
Futbol
18 May , 2018 02:58
Qarabağ” klubunun futbolçuları cəbhə bölgəsində olublar

Bakı. 18 may. REPORT.AZ/ "Qarabağ” klubunun futbolçuları İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev Ağdamda cəbhə bölgəsinə olub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə komanda üzvlərini N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb.

Həsənov futbolçularla söhbətində daim "Qarabağ”ın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçular da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər.

Hərbi hissə komandirinə "Qarabağ”ın Çempionlar Liqasında geyindiyi forma, şərf və top hədiyyə olunub.

Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçular buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komanda üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda bir qrup əsgər futbolçularla birlikdə topla məharətlərini göstəriblər.

Son xəbərlər

Orphus sistemi