"Qarabağ" klubu yeni transferini rəsmən açıqlayıb

"Qarabağ" klubu yeni transferini rəsmən açıqlayıb Futbolçu ilə 1.5 illik müqavilə imzalanıb
Futbol
6 yanvar 2017 11:14
Qarabağ klubu yeni transferini rəsmən açıqlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ" klubu yeni futbolçu transferini aıçqlayıb. "Report"un məlumatına görə, milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurbn Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"a "İnter"dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" komandalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi