"Qarabağ" klubu yeni transferi ilə 1.5 illik müqavilə imzalayacaq

"Qarabağ" klubu yeni transferi ilə 1.5 illik müqavilə imzalayacaq Elşən Abdullayevlə münasibətlər bu həftə rəsmiləşəcək
Futbol
26 Dekabr , 2016 14:32
Qarabağ klubu yeni transferi ilə 1.5 illik müqavilə imzalayacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ "Qarabağ" klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib. 

Klubdan "Report"a verilən məlumata görə, mövsümün startından "Neftçi"də çıxış edən yarımmüdafiəçi Elşən Abdullayev bundan sonra "Qarabağ"ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 1.5 illik razılaşma əldə olunub. Tərəflərin həftə ərzində münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Elşən Abdullayevin "Neftçi" ilə olan müqaviləsi başa çatıb və yeni klubuna azad agent kimi cəlb olunub.

Son xəbərlər

Orphus sistemi