"Qarabağ" klubu "Çelsi" azarkeşlərinə 3664 bilet ayırıb

"Qarabağ" klubu "Çelsi" azarkeşlərinə 3664 bilet ayırıb Biletin qiyməti 10 manatdır
Futbol
28 Oktyabr , 2017 12:29
Qarabağ klubu Çelsi azarkeşlərinə 3664 bilet ayırıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ" komandası ilə üz-üzə gələcək İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə 3664 bilet ayrılıb.

"Report"un London təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər 2 - 10 noyabrda satışda olacaq. Qiymət isə 4,5 funt sterlinq (10 manat) müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi