"Qarabağ" klubu braziliyalı futbolçu ilə maraqlanır

"Qarabağ" klubu braziliyalı futbolçu ilə maraqlanır Bu barədə ölkənin "Record" nəşri məlumat yayıb
Futbol
8 May , 2021 09:00
Qarabağ klubu braziliyalı futbolçu ilə maraqlanır

"Qarabağ" klubu Portuqaliyanın "Alverka" klubunda çıxış edən Felipe Rayanla maraqlanır.

"Report" xəbər verir ki, bu barədə ölkənin "Record" nəşri məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçini Azərbaycan çempionu ilə yanaşı Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Felipe Rayan 2019-cu ildən "Alverka"da oynayır. Komanda Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi