​"Qarabağ" klubu bir futbolçusu ilə yollarını ayırıb

​"Qarabağ" klubu bir futbolçusu ilə yollarını ayırıb Futbolçu ilə qarşılıqlı razılıq əldə olunub
Futbol
4460
28 Yanvar , 2016 11:10
​Qarabağ klubu bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, Elvin Məmmədov bundan sonra "Qarabağ"da çıxış etməyəcək.

Ötən ilin yayında transfer olunan 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, "Qarabağ" buna qədər Vladimir Dmitrovski, Raydell Pupon, Çumbinyo ilə yollarını ayırıb və Eltun Yaqublu, Vüqar Mustafayev və Namiq Ələsgərovu icarəyə verib.

Son xəbərlər

Orphus sistemi