“Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub

“Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub Bu, Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə görüşdə baş verib
Futbol
27 Sentyabr , 2017 20:37
“Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Qarabağ” klubu avrokuboklarda keçirdiyi ev oyunlarında 50-ci qolunu vurub.

“Report” xəbər verir ki, bu, Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi “Roma” ilə görüşdə baş verib. Ağdam komandasının heyətində Pedro Enrike fərqlənib. Braziliyalı yarımmüdafiəçi qarşılaşmanın 28-ci dəqiqəsində hesabı 1:2 edib.

Bu həm də Azərbaycan təmsilçisinin ÇL-in qrup mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.

Qeyd edək ki, “Roma” ilə görüş “Qarabağ”ın avrokuboklarda 43-cü ev oyunudur.

Son xəbərlər

Orphus sistemi