Bakı. 13 yanvar. REPORT.AZ/ Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2015-ci ilin yekunu üzrə növbəti klub reytinqini açıqlayıb.
"Report" xəbər verir ki, siyahıda birinci yeri İspaniyanın "Barselona" klubu, ikinci yeri "Yuventus" (İtaliya), üçüncü yeri isə "Napoli" (İtaliya) tutub.
Reytinq siyahısına üç Azərbaycan klubu daxil olub. "Qarabağ" 142 xalla 77-ci, "Qəbələ" 116 xal ilə 124-cü, "İnter" isə 92 xalla 192-ci yerdə qərarlaşıb.
"Qarabağ" bu göstərici ilə "Valensiya" (İspaniya), "Qalatasaray" (Türkiyə), "İnter" (İtaliya), "Benfika" (Portuqaliya) klublarını, "Qəbələ" isə İtaliyanın "Milan" və Fransanın "Lion" kimi adlı-sanlı kollektivlərini arxada qoymağı bacarıb.
Siyahı:
1. "Barselona" (İspaniya) – 379 (xal)
2. "Yuventus" (İtaliya) – 286
3. "Napoli" (İtaliya) – 268
...
77. "Qarabağ" (Azərbaycan) - 142
77. "Valensiya" (İspaniya) - 142
80. "Borussiya" (Münhenqladbax, Almaniya) - 140
82. "Qalatasaray" (Türkiyə) - 139,5
84. "İnter" (İtaliya) - 138
124. "Qəbələ" (Azərbaycan) - 116
135. "Dinamo" (Minsk, Belarus) - 111
135. "Lion" (Fransa) - 111
138. "Rubin" (Rusiya) - 109,5
153. "Milan" (İtaliya) - 104
192. "İnter" (Azərbaycan) - 92
197. "Jalgiris" (Litva) - 90
197. "Nasaf" (Özbəkistan) - 90