"Qarabağ" Kiprdə dolu tribunalar qarşısında oynayacaq

"Qarabağ" Kiprdə dolu tribunalar qarşısında oynayacaq "Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu dolu tribunalar qarşısında olacaq.
Futbol
31 iyul 2021 06:06
Qarabağ Kiprdə dolu tribunalar qarşısında oynayacaq

"Qarabağ"ın Kiprdə AEL klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu dolu tribunalar qarşısında olacaq.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq qarşılaşma üçün azarkeş sayı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

Limassol təmsilçisinin direktoru Teodoros Antoniu sosial şəbəkələrdə paylaşım edərək, tərəfdarları stadiona səsləyib. 7 400 nəfərlik arenanın tam dolacağı gözlənilir.

Qeyd edək ki, avqustun 5-də gerçəkləşəcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi