"Qarabağ" "Keşlə"yə böyük hesabla qalib gəlib

"Qarabağ" "Keşlə"yə böyük hesabla qalib gəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. "Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Keşlə"ni qəbul edib. "Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. 4-cü dəqiqədə Filip
Futbol
1 Noyabr , 2020 18:17
Qarabağ Keşləyə böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son matçında "Qarabağ" "Keşlə"ni qəbul edib.
"Azərsun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
4-cü dəqiqədə Filip Ozobiç, 12-ci dəqiqədə isə Bədavi Hüseynov fərqlənib. 26-cı dəqiqədə "Keşlə"nin heyətində Vüsal İsgəndərli fərqi azaldıb. Daha sonra 38-ci dəqiqədə Ovusu Kvabena, 60-cı dəqiqədə Filip Ozobiç, 65-ci və 89-cu dəqiqədə isə Mahir Emreli darmadağında pay sahibi olub.
Bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. Paytaxt klubu isə 9 xalla 5-ci sıradadır.
Qeyd edək ki, bu gün keçirilmiş "Sumqayıt" - "Neftçi" matçında hesab açılmayıb. İlk oyun günündə "Qəbələ" "Sabah"ı 2:1 hesabı ilə üstələyib. "Zirə" - "Səbail" görüşündə isə qapılara qol vurulmayıb.

Son xəbərlər

Orphus sistemi