​"Qarabağ" klubu "İnter"in 2 futbolçusunu transfer edib

​"Qarabağ" klubu "İnter"in 2 futbolçusunu transfer edib Coşqun Diniyev və Elvin Məmmədov Ağdam komandasına azad agent kimi keçib
Futbol
220
22 May , 2015 13:48
​Qarabağ klubu İnterin 2 futbolçusunu transfer edib

Bakı. 22 may. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubu Bakı "İnter"inin 2 futbolçusu ilə müqavilə bağlayıb. "Qarabağ"ın direktoru Emrah Çelikelin "Report"a verdiyi məlumata görə, bunlar Elvin Məmmədovla Coşqun Diniyevdir. 

E.Çelikel hər iki yarımmüdafiəçi ilə 2 illik anlaşmanın əldə olunduğu bildirib. O, E.Məmmədovla C.Diniyevin kluba azad agent kimi keçdiklərini vurğulayıb. 

"Qarabağ" rəsmisi transferlərin yenə davam edəcəyini əlavə edib: "Hazırda həm yerli, həm də əcnəbi futbolçularla danışıqları davam etdiririk. Müxtəlif oyunçuların adları hallanır. Amma biz indidən ad açıqlamaq niyyətində deyilik. Müqavilə imzaladıqca, hər biri barədə ictimaiyyəti məlumatlandıracağıq". 

Qeyd edək ki, Coşqun Diniyev "İnter"dən ayrıldığını və Ağdam təmsilçisinin heyətinə keçəcəyini göstərən sənədin fotosunu paylaşıb. Sənəddə C.Diniyevin iyunun 1-dən etibarən "İnter"in futbolçusu olmayacağı bildirilir. Klub prezidenti Georgi Nikolovun imzası olan sənəddə deyilir ki, tərəflərin bir-birilərinə qarşı heç bir maliyyə iddiası yoxdur. Elvin Məmmədov isə əvvəllər də "Qarabağ"da çıxış edib. O, 2009 - 2011-ci illərdə Ağdam klubunun formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi