"Qarabağ"ın zədəli legionerinin durumuna aydınlıq gəlib

"Qarabağ"ın zədəli legionerinin durumuna aydınlıq gəlib "Dünən məşqin sonunda ağrı hiss etdi. Bu gün 2 dəfə MRT müayinəsindən keçdi. Həkimlərin sözlərinə görə, zədə ciddi deyil. Bu, bizə ümid verdi".
Futbol
1584
4 Dekabr , 2021 20:31
Qarabağın zədəli legionerinin durumuna aydınlıq gəlib

"Dünən məşqin sonunda ağrı hiss etdi. Bu gün 2 dəfə MRT müayinəsindən keçdi. Həkimlərin sözlərinə görə, zədə ciddi deyil. Bu, bizə ümid verdi".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Kevin Medinanın durumu barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis kolumbiyalı müdafiəçinin əzələsində cuzi qanaxma olduğunu bildirib: "İki gündən sonra bizə tam dəqiq verəcəklər. İsveçrədə "Bazell"lə matçda oynamaq şansı 50/50-dir".

Son xəbərlər

Orphus sistemi