"Qarabağ"ın zədəli futbolçusunun vəziyyətinə aydınlıq gəlib

"Qarabağ"ın zədəli futbolçusunun vəziyyətinə aydınlıq gəlib Polşalı müdafiəçinin diz bağlarında gərilmə aşkarlanıb
Futbol
2 Oktyabr , 2017 15:42
Qarabağın zədəli futbolçusunun vəziyyətinə aydınlıq gəlib

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Zirə" ilə Azərbaycan Premyer Liqasının VII tur matçında zədələnən "Qarabağ"ın futbolçusu Yakub Jezniçakın durumuna aydınlıq gəlib. 

Ağdam klubunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinə nəticəsində polşalı müdafiəçinin diz bağlarında gərilmə aşkarlanıb.

Həkimlər onun bir həftəyədək məşqlərdən kənar qalmasını məqsədəuyğun sayıblar. Jezniçak çempionatda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində bərpa dövrü keçəcək. Onun oktyabrın 13-də "İnter"lə VIII tur matçına hazır olacağı gözlənilir.

Qeyd edək ki, Yakub Jezniçak "Zirə" ilə matçın 30-cu dəqiqəsində rəqibin hücumunu dəf etmək istəyərkən zədələnib və komanda yoldaşı Bədavi Hüseynovla əvəzlənib. 

Son xəbərlər

Orphus sistemi