"Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb

"Qarabağ"ın zədəli futbolçularının durumu açıqlanıb İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçuları - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.
Futbol
28 İyul , 2022 00:22
Qarabağın zədəli futbolçularının durumu açıqlanıb

İsveçrədə "Sürix"ə qarşı keçirilmiş UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçuları - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra mətbuat konfransında açıqlama verib.

50 yaşlı mütəxəssis Medinanın zədəsinin ciddi ola biləcəyini istisna etməyib: "Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk qarşılaşmada "Sürix"ə 3:2 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər

Orphus sistemi