Bakı. 13 dekabr. REPORT.AZ/ "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. "Report"un Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfərin vaxtı UEFA-dan gələn cavab əsasında müəyyənləşəcək.
"Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində baş verən hadisə ilə əlaqədar Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.
Qeyd edək ki, "İnter"lə oyunun 90+4-cü dəqiqəsində çexiyalı baş hakim Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın qolunu qeydə almayıb.