“Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib

“Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib Ağdam təmsilçisi “Olimpiakos”un hücumçusu ilə maraqlanır
Futbol
31 Avqust , 2017 14:12
“Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib

Bakı. 31 avqust. REPORT.AZ/ “Qarabağ”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı müəyyənləşib. 

“Report” "sdna.gr" saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Yunanıstanın “Olimpiakos” klubunun hücumçusu Kərim Ənsarifərdlə maraqlanır.

Məlumata görə, İran millisinin 27 yaşlı futbolçusu hazırkı komandasında əsas heyətə düşə bilmədiyindən “Qarabağ”a keçidin əleyhinə deyil.

O, daha əvvəl vətənində “Saypa”, “Traktorsazi”, “Perspolis”, İspaniyanın “Osasuna” və Yunanıstanın “Panionios” klublarının formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” hazırda Yunanıstanın PAOK klubunun futbolçusu Pedro Enrikenin transferi ilə bağlı da iş aparır.

Son xəbərlər

Orphus sistemi