"Qarabağ"ın "Sportinq"lə oyunu qalmaqallı hakimlər briqadasının üzvünə tapşırılıb

"Qarabağ"ın "Sportinq"lə oyunu qalmaqallı hakimlər briqadasının üzvünə tapşırılıb Petr Ardeleanu İtaliya "İnter"i ilə görüşdə təmiz qolu saymayan Miroslav Zelinkaya kömək edib
Futbol
153
26 Noyabr , 2018 14:21
Qarabağın Sportinqlə oyunu qalmaqallı hakimlər briqadasının üzvünə tapşırılıb

Bakı. 26 noyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və Portuqaliyanın "Sportinq" komandaları arasında keçiriləcək oyunun baş hakimi açıqlanıb. 

"Report" xəbər verir ki, qarşılaşmanı çexiyalı referi Petr Ardeleanu idarə edəcək. Ona Petr Blajey və Tomaş Mokruş yan xətt, Zbinek Proskevə Emanuel Marek əlavə köməkçi, Yan Patak isə dördüncü hakim qismində yardımçı olacaqlar. 

İspaniyalı Bernardino Qonsales Vaskes hakim-inspektor, sloveniyalı David MkDauel Zor UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq. 

Qeyd edək ki, Petr Ardeleanu 2014-cü il dekabrın 11-də "Qarabağ"la İtaliya "İnter"i arasında keçirilmiş qarşılaşmada əlavə köməkçi hakim funksiyasını yerinə yetirib. 0:0 hesabı ilə yekunlaşmış görüşün uzatma dəqiqələrində Azərbaycan təmsilçisi fərqlənsə də, çexiyalı baş hakim Miroslav Zelinka təmiz qolu saymayıb. Nəticədə "Qarabağ" qrupda qalıb. Ardeleanu həmin matçda qapılardan birinin arxasında mövqe tutub. 

Son xəbərlər

Orphus sistemi