"Qarabağ"ın afrikalı hücumçu üçün Norveç klubuna ödədiyi məbləğ bəlli olub

"Qarabağ"ın afrikalı hücumçu üçün Norveç klubuna ödədiyi məbləğ bəlli olub "Qarabağ"ın futbolçu İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna ödədiyi məbləğ bəlli olub.
Futbol
20 Avqust , 2021 10:08
Qarabağın afrikalı hücumçu üçün Norveç klubuna ödədiyi məbləğ bəlli olub
İbrahima Vadji

"Qarabağ"ın futbolçu İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna ödədiyi məbləğ bəlli olub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı hücumçunu 500 min avro qarşılığında transfer edib.

Qeyd edək ki, "köhlən atlar" seneqallı oyunçu ilə 3 illik müqavilə imzalayıb. Afrikalı forvard 2016/2017 mövsümündə Türkiyədə "Qaziantep"in formasını geyinib. Daha əvvəl ölkənin digər klubu "Kocaelispor" da Vadjini heyətinə qatmaq istəyib.

Son xəbərlər

Orphus sistemi