"Qarabağ"ın səfər, "Zirə"nin ev sınağı - AFİŞA

"Qarabağ"ın səfər, "Zirə"nin ev sınağı - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq
Futbol
9 May , 2021 07:30
Qarabağın səfər, Zirənin ev sınağı - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

"Report"un məlumatına görə, son oyun günündə də 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Zirədə eyniadlı komanda ilə "Qəbələ" arasında olacaq. Hazırda "Zirə" 34 xalla 4-cü, əyalət təmsilçisi isə 24 xalla 6-cı pillədə qərarlaşıb. Bunadək çempionatda 22 dəfə üz-üzə gəlmiş komandaların duelində ən çox qeydə alınan nəticə heç-heçə olub - 10. Görüşlərin 5-də meydan sahibləri, 7-də qonaqlar qələbə qazanıblar. Topların fərqi də "qırmızı-qaralar"ın xeyrinədir - 26:20. “Zirə” son 4 oyunda meydanı qolsuz tərk etməyib. "Qartallar"ın son 4 ev görüşündə 2 və ya daha çox qol qeydə alınıb.

Turun son oyunu isə Masazırdakı "Bank Respublika Arena"da baş tuacaq. 51 xalla ikinci sırada yer alan "Qarabağ" 25 xalla 5-ci pillədə qərarlaşan "Sabah"ın qonağı olacaq. Komandalar indiyədək Premyer Liqada 10 dəfə rəqib olublar. Bu oyunlarda meydan qələbə qazana bilməyib. Yeddi görüş qonaqların xeyrinə, üçün isə heç-heçə bitib. Ağdam klubunun vurduğu 16 qola Masazır təmsilçisi 3 topla cavab verib. “Qarabağ” son 3 oyunda rəqibinə qalib gəlib.

Azərbaycan Premyer Liqası

XXVI tur

18:00. “Zirə” –“Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu.

20:15. “Sabah” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.

Qeyd edək ki, ilk oyun günündə "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Səbail"i 4:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi