"Qarabağ"ın sabiq futbolçusu "Sivasspor"a keçdi

"Qarabağ"ın sabiq futbolçusu "Sivasspor"a keçdi "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib.
Futbol
1773
17 İyul , 2021 09:30
Qarabağın sabiq futbolçusu Sivasspora keçdi

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike komandasını dəyişib.

"Report" xəbər verir ki, son 2 mövsümü Türkiyə "Kayserispor"unda keçirmiş braziliyalı hücumameylli yarımmüdafiəçi ölkənin digər klubu "Sivasspor"a keçib.

Sivas təmsilçisinin rəsmi saytı 31 yaşlı vingerlə 3 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, Pedro Enrike 2017/2018 mövsümündə Yunanıstan PAOK-una məxsus futbolçu kimi “Qarabağ”da icarədə olub. O, Ağdam təmsilçisinin Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduğu matçda fərqlənməklə, Azərbaycan futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk oyunçu olub.

Son xəbərlər

Orphus sistemi