"Qarabağ"ın sabiq qapıçısı Polşa klubuna keçir

"Qarabağ"ın sabiq qapıçısı Polşa klubuna keçir Bosniya və Herseqovina millisinin və Türkiyənin Erzurumspor klubunun futbolçusu İbrahim Şehiç karyerasını Polşada davam etdirə bilər.
Futbol
24 iyun 2020 14:23
Qarabağın sabiq qapıçısı Polşa klubuna keçir

Bosniya və Herseqovina millisinin və Türkiyənin "Erzurumspor" klubunun futbolçusu İbrahim Şehiç karyerasını Polşada davam etdirə bilər.

"Report" "Sport1" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı qapıçını "Legiya" komandası transfer etmək istəyir.

Əsas qolkiperi Radoslav Mayetskini Fransa "Monako"suna icarəyə verən Varşava təmsilçisi onun boşluğunu məhz Şehiçlə doldurmaq niyyətindədir.

Daha əvvəl təcrübəli oyunçu ilə Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klublarının maraqlandığı iddia olunurdu.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi