"Qarabağ"ın sabiq qapıçısı "Liverpul"a keçə bilər

"Qarabağ"ın sabiq qapıçısı "Liverpul"a keçə bilər İngiltərənin "Liverpul" klubu heyətinə yeni qapıçı cəlb etmək niyyətindədir.
Futbol
12 Oktyabr , 2020 15:21
Qarabağın sabiq qapıçısı Liverpula keçə bilər
Asmir Beqoviç

İngiltərənin "Liverpul" klubu heyətinə yeni oyunçu cəlb etmək niyyətindədir.

"Report" "Football365" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin transfer siyahısına 5 qapıçının adı daxil edilib. Onların arasında hazırda "Bornmut"da çıxış edən "Qarabağ" klubunun sabiq üzvü Asmir Beqoviç də var.

33 yaşlı bosniya və herseqovinalı qolkiperlə yanaşı, hazırda klubsuz olan Daniel Subaşiç, Mişel Vorm, Rob Elliot və "Aston Villa"dan Oryan Niland "Liverpul"un gündəmindədir.

"Bornmut" Beqoviçi 2017-ci ildə "Çelsi"dən 10 milyon funt sterlinq qarşılığında heyətinə qatıb. Klub qış transfer dönəmində təcrübəli qapıçını sata bilməsə, ondan gəlir əldə edə bilməyəcək və Beqoviç mövsümün sonunda azad agent olacaq.

Nəşr iddia edir ki, "Bornmut" "Liverpul"un təklifini nəzərdən keçirməyə hazırdır. "Qırmızılar" isə Avropada təcrübəsi olan qapıçıya nail ola bilərlər.

Qeyd edək ki, "Liverpul"un əsas qapıçısı Alisson Beker zədələnib. Komanda Premyer Liqanın son turunda "Aston Villa"ya 2:7 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra ehtiyat qapıçı Adriana inam azalıb.

Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi