"Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"la anlaşdı

"Qarabağ"ın sabiq qapıçısı "Konyaspor"la anlaşdı Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubu heyətini yeni qapıçı ilə gücləndirir.
Futbol
499
9 Avqust , 2020 23:40
Qarabağın sabiq qapıçısı Konyasporla anlaşdı

Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubu heyətini yeni qapıçı ilə gücləndirir. 

"Report" "Aspor"a istinadən xəbər verir ki, komanda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə anlaşıb. 

Bosniya və Herseqovina millisinin üzvü razılaşmaya əsasən, iki il bölgə təmsilçisində çıxış edəcək. "Konyaspor" 32 yaşlı qolkiperə illik 600 min avro ödəyəcək. Bu komandanın baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç son olaraq "Erzurumspor"un formasını geyinib. Şehiç bu komandaya 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Orphus sistemi