"Qarabağ"ın sabiq qapıçısı "Everton"a keçdi

"Qarabağ"ın sabiq qapıçısı "Everton"a keçdi "Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirəcək.
Futbol
17 İyul , 2021 17:32
Qarabağın sabiq qapıçısı Evertona keçdi

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərənin "Everton" klubunda davam etdirəcək.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tvitter hesabında yazıb.

Onun sözlərinə görə, tibbi müayinədən uğurla keçən Bosniya və Herseqovina yığmasının 34 yaşlı qolkiperi ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Sözləşmənin müddəti 2 illikdir.

Qeyd edək ki, son klubu İngiltərə "Bornmut"u olan Asmir Beqoviç 2019-cu ildə "Qarabağ"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi