"Qarabağ"ın sabiq qapıçısı Bosniya və Herseqovina klubuna keçdi

"Qarabağ"ın sabiq qapıçısı Bosniya və Herseqovina klubuna keçdi "Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.
Futbol
3 noyabr 2020 15:08
Qarabağın sabiq qapıçısı Bosniya və Herseqovina klubuna keçdi
Miro Varvodiç

"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin yeni komandası müəyyənləşib.

"Report"un məlumatına görə, 31 yaşlı xorvatiyalı qolkiper Bosniya və Herseqovinanın "Zrinski" klubuna keçib.

Varvodiçin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Miro Varvodiç 2012-ci ildə "Qarabağ"la iki illik müqavilə imzalamışdı. O, bir il sonra sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib və Ağdam təmsilçisindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi