​"Qarabağ"ın sabiq məşqçisinin meyiti evinin hamamından tapılıb - VİDEO

​"Qarabağ"ın sabiq məşqçisinin meyiti evinin hamamından tapılıb - VİDEO Mərhum bu gün torpağa tapşırılacaq
Futbol
14 Oktyabr , 2015 16:43
​Qarabağın sabiq məşqçisinin meyiti evinin hamamından tapılıb - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ "Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib. "Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, T.Gürsəlin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.

Qızı, tanınmış maniken Ece Gürsel tərəfindən aşkarlanan meyit tibbi ekspertizadan sonra onun özünə qaytarılıb. Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb. Mərhumun cənazəsi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, Tayfun Gürsel futbolçu karyerası ərzində "Əskişəhərspor", "Antalyaspor" və Türkiyə millisinin formasını geyinib. Məşqçi kimi isə o, bir sıra klublarda, o cümlədən Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı. 

Son xəbərlər

Orphus sistemi