"Qarabağ"ın sabiq legioneri Acunun klubuna keçir

"Qarabağ"ın sabiq legioneri Acunun klubuna keçir "Qarabağ"ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.
Futbol
26 Yanvar , 2021 16:33
Qarabağın sabiq legioneri Acunun klubuna keçir
Leroy Corc

"Qarabağ"ın sabiq futbolçusu Leroy Corc karyerasını yenidən Niderland çempionatında davam etdirəcək.

"Report" "nu.nl" saytına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Erediviziiyada çıxış edən "Fortuna" klubuna keçir.

Surinam əsilli niderlandlı forvardla cari mövsümün sonunadək müqavilə imzalanacaq.

Corc 2013 - 2015-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, Ağdam klubuna Niderlandın NEK komandasından transfer olunub.

Qeyd edək ki, hazırda 19 xalla 13-cü pillədə qərarlaşan "Fortuna" klubunun sahibi türkiyəli tanınmış teleaparıcı, iş adamı Acun Ilıcalıdır.

Son xəbərlər

Orphus sistemi