"Qarabağ"ın sabiq futbolçusu: "PAOK "Beşiktaş"ı məğlub edəcək"

"Qarabağ"ın sabiq futbolçusu: "PAOK "Beşiktaş"ı məğlub edəcək" "Beşiktaş"ın ən güclü oyunçularındanbiri Burak Yılmaz idi, o daklubdanayrılıb. İstanbul təmsilçisi artıq zəif komandadır".
Futbol
22 Avqust , 2020 15:45
Qarabağın sabiq futbolçusu: PAOK Beşiktaşı məğlub edəcək
Pedro Enrike

"Beşiktaş"ın ən güclü oyunçularından biri Burak Yılmaz idi, o da klubdan ayrılıb. İstanbul təmsilçisi artıq zəif komandadır".

"Report" xəbər verir ki, bu fikirləri "Hurriyet"ə açıqlamasında Türkiyənin "Kayserispor" klubunun futbolçusu Pedro Enrike Çempionlar Liqasının II təsnifat mərhələsində "Beşiktaş"ın Yunanıstan PAOK-u ilə matçı barədə danışarkən deyib. 

30 yaşlı yarımmüdafiəçi Yunanıstan təmsilçisinin qələbə qazanacağını söyləyib. Enrikenin sözlərinə görə, PAOK qarşılaşmanın favoritidir. 

Qeyd edək ki, 2017/2018 mövsümündə müqavilə ilə Yunanıstan PAOK-una məxsus olan Pedro Enrike icarə əsasında “Qarabağ”da çıxış edib. Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində oynayıb. O, Bakıda İtaliyanın "Roma" komandasına 1:2 hesabı ilə uduzduqları matçda fərqlənərək, Azərbaycan futbol tarixində ÇL-in qrup mərhələsində qol vuran ilk oyunçu olub. 

PAOK - "Beşiktaş" görüşü avqustun 25-də gerçəkləşəcək. 

Son xəbərlər

Orphus sistemi