"Qarabağ"ın sabiq futbolçusu: "Lex"i Bakıda əsl cəhənnəm gözləyir"

"Qarabağ"ın sabiq futbolçusu: "Lex"i Bakıda əsl cəhənnəm gözləyir" "Şanslar "Qarabağ"ın xeyrinədir. Düşünürəm ki, cütün favoriti dmhz qonaqlardr. "Lex" mərhələni keçmək istəyirsə, məsələni ilk oyunda həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər".
Futbol
5 İyul , 2022 13:58
Qarabağın sabiq futbolçusu: Lexi Bakıda əsl cəhənnəm gözləyir
Yakub Jezniçak

"Şanslar "Qarabağ"ın xeyrinədir. Düşünürəm ki, cütün favoriti də məhz qonaqlardr. "Lex" mərhələni keçmək istəyirsə, məsələni ilk oyunda həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə Azərbaycan çempionu arasında baş tutacaq oyunlar haqqında danışarkən deyib.

Hazırda ölkəsinin "Visla" (Plotsk) klubunda çıxış edən 36 yaşlı polşalı müdafiəçi bildirib ki, Poznan klubunu Bakıda əsl cəhənnəm gözləyir: "İyunun əvvəlindən orada inanılmaz istilər başlayır. Temperatur adətən 30 dərəcədən yüksək olur. Oradakı avrokubok oyunlarımızı xatırlayıram. Rəqiblərimiz ilk 45 dəqiqədən sonra "ölürdülər". Bu halla Danimarka "Kopenhagen"i də üzləşmişdi".

Təcrübəli oyunçu "Qarabağ"ı əla və təcrübəli komanda adlandırıb. O, bugünkü qarşılaşmada "köhlən atlar"a azarkeşik edəcəyini söyləyib: "Bu komandada Çempionlar Liqası ilə bağlı gözəl xatirələrim var. Oradak dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim "Qarabağ"a daha yaxındır".

Yakub Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib.

Qeyd edək ki, bu gün Poznandakı eyniadlı stadionda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü iyulun 12-də Bakıda olacaq.

Son xəbərlər

Orphus sistemi