"Qarabağ"ın sabiq futbolçusu çətin vəziyyətə düşüb

"Qarabağ"ın sabiq futbolçusu çətin vəziyyətə düşüb "Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros çətin vəziyyətə düşüb.
Futbol
12 Yanvar , 2022 19:11
Qarabağın sabiq futbolçusu çətin vəziyyətə düşüb

"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros çətin vəziyyətə düşüb.

"Report"un məlumatına görə, bu barədə isveçli hücumçunun agenti Fredrik Risp "fotbollskanalen.se" saytına açıqlamasında deyib.

O bildirib ki, 32 yaşlı hücumçu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Fucayra"dan ayrıldıqdan sonra 8 aydır klubsuz qalıb: "Komandası yüksək liqanı tərk etdikdən sonra çətin vəziyyətdə qaldı və əmirlikdə qalmaq ümidi ilə bir çox təklifi rədd etdi. Amma bu baş vermədi".

Rispin sözlərinə görə, təcrübəli forvard yeni klub tapa bilməsə, İsveç komandalarından birinə keçəcək.

Qeyd edək ki, Samuel Armenteros 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi