"Qarabağ"ın sabiq futbolçusu: "Bu yaşda futboldan getmək istəmirəm"

"Qarabağ"ın sabiq futbolçusu: "Bu yaşda futboldan getmək istəmirəm" "Hələ ki, klubsuzam. Mənə hər hansı təklif də gəlməyib. Səbr edirəm, necə olacağını zaman göstərəcək".
Futbol
8 Yanvar , 2021 14:39
Qarabağın sabiq futbolçusu: Bu yaşda futboldan getmək istəmirəm

"Hələlik klubsuzam. Mənə hər hansı təklif də gəlməyib. Səbr edirəm, necə olacağını zaman göstərəcək".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın və "Zirə"nin sabiq futbolçusu Nicat Süleymanov deyib.

2020-ci ilin yayında "Zirə"dən icarədən qayıdan və Ağdam təmsilçisi ilə müqaviləni ləğv edən 23 yaşlı yarımmüdafiəçi 6 ay klubsuz qalmasına münasibət bildirib: "Əslində özümə də maraqlıdır ki, klublar niyə mənə təklif göndərmir. Düşünürəm ki, ötən il əlimə düşən fürsətü normal dəyərləndirə bilmişəm. Lap yaxşı çıxış etdiyimi deyə bilmərəm, amma "Zirə"də pis oynamırdım. Ümid edirəm ki, tezliklə klub tapacağam. Bu yaşda futboldan getmək istəmirəm. Peşəmi çox sevirəm".

Qeyd edək ki, Nicat Süleymanov 2019/2020 mövsümündə "Zirə"nin heyətində 13 oyuna çıxıb və 4 qol vurub. Həmin mövsüm koronavirus pandemiyası səbəbindən XX turda yarımçıq dayandırılıb. "Zirə" turnir cədvəlini 20 xalla 4-cü pillədə bitirib.

Son xəbərlər

Orphus sistemi