"Qarabağ"ın sabiq futbolçusu: "Ağdam komandası "Sportinq" üçün çətin rəqib olacaq"

"Qarabağ"ın sabiq futbolçusu: "Ağdam komandası "Sportinq" üçün çətin rəqib olacaq" Bakı. 20 sentyabr. REPORT.AZ/ Sportinq böyük gücə sahibdir. Joze Alvaladedə oynamaq çox çətindir. Meydan sahibi favorit olmasına baxmayaraq, Qarabağa qarşı oyun asan keçməyəcək.
Futbol
136
20 Sentyabr , 2018 18:02
Qarabağın sabiq futbolçusu: Ağdam komandası Sportinq üçün çətin rəqib olacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Sportinq" böyük gücə sahibdir. "Joze Alvalade"də oynamaq çox çətindir. Meydan sahibi favorit olmasına baxmayaraq, "Qarabağ"a qarşı oyun asan keçməyəcək".

"Report" “Bola Branca”ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Danilo Dias Avropa Liqasının qrup mərhələsinin I turunda Ağdam klubunun Portuqaliyada "Sportinq"ə qarşı oyununu şərh edərkən deyib.

33 yaşlı hücumçu "Qarabağ"ın gücündən və "Sportinq"lə oyundakı şansından danışıb: "Komanda 5 il ərzində çox yaxşı çıxış edib. Baş məşqçi Qurban Qurbanov uzun müddətdir oradadır və yaxşı komanda formalaşdırıb. O, böyük bir məşqçi olmaqla yanaşı, centilmendir. Çox ciddi və diqqət mərkəzində olan insandır. "Qarabağ" "Sportinq" üçün çətin rəqib olacaq. Onlar ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Bu hadisə Azərbaycan futbolu tarixində ilk dəfə reallaşıb. Avropa səhnəsində öz adı olan klubdur. Utanmayın ki, "Qarabağ" İspaniya "Atletiko"su ilə səfərdə 1:1 hesablı heç-heçə edib".

Braziliyalı oyunçu "Qarabağ"ın futbolçuları Ansi Aqolli və Miçel barədə xoş sözlər söyləyib: “Aqollinin yaxşı oyunçu olduğunu düşünürəm. O, matç zamanı nə etmək lazım olduğunu yaxşı bilir. Miçel isə o komandada əcnəbi futbolçu olaraq mənim yerimə gəlib. "Sportinq"ə çətinliklər yaşada bilər".

Qeyd edək ki, Danilo Dias 2014-2015 mövsümündə "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi