"Qarabağ"ın sabiq futbolçuları "Astana"nı Avropa Liqasının qrup mərhələsinə çıxarıb

"Qarabağ"ın sabiq futbolçuları "Astana"nı Avropa Liqasının qrup mərhələsinə çıxarıb Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın Astana klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Futbol
30 Avqust , 2018 21:02
Qarabağın sabiq futbolçuları Astananı Avropa Liqasının qrup mərhələsinə çıxarıb

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana" klubu Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

"Report"un məlumatına görə, eyniadlı şəhərin təmsilçisi Avroliqanın pley-off mərhələsində Kipr APOEL-ini mübarizədən kənarlaşdırıb.

Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzmuş "Astana" bu gün cavab görüşünün əsas vaxtını eyni hesablı üstünlüklə başa vurub. Yeganə qolu 16-cı dəqiqədə "Qarabağ"ın sabiq yarımmüdafiəçi Pedro Enrike vurub. Əlavə vaxtda hesab dəyişmədiyindən, cütün qalibi penaltilər seriyasında müəyyənləşib. Bu zaman "Astana" daha dəqiq olub - 2:1. Qazaxıstan çempionunun qollarını məhz "Qarabağ"ın sabiq futbolçuları - Riçard Almeyda və Pedro Enrike vurub. APOEL-dən isə Nunu Moraiş fərqlənib. Qalan oyunçular zərbəni dəqiq yerinə yetirə bilməyiblər.

Beləliklə, "Astana" ardıcıl üçüncü mövsüm Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2015-2016 mövsümündə isə bu komanda Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. 

Son xəbərlər

Orphus sistemi