"Qarabağ"ın rəqibinin prezidenti komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib

"Qarabağ"ın rəqibinin prezidenti komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib Bakı. 23 iyul. REPORT.AZ/ UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya “Kukesi”sinin prezidenti Safet Citsi komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib.
Futbol
23 İyul , 2018 10:13
Qarabağın rəqibinin prezidenti komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniya “Kukesi”sinin prezidenti Safet Citsi komanda üzvlərinə söz verdiyi mükafatı ödəməkdən imtina edib.

“Report” Albaniya mətbuatına istinadən xəbər verir ki, Kukesi şəhərinin eyni adlı təmsilçisinin rəhbəri ÇL-in I təsnifat mərhələsində Malta “Valletta”sını keçəcəkləri təqdirdə komanda üzvlərinə 100 min avro mükafat vəd edib. Lakin Albaniya çempionunun sərgilədiyi futbol Çitsinin ürəyincə olmadığı üçün fikrindən daşınıb. O, komandanın evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etməklə mərhələ adlamasını qənaətbəxş saymadığını söyləyib.

Bildirilir ki, klub rəhbərinin narazılığına rəğmən, heyət üzvləri III təsnifat mərhələsində “Qarabağ”la ilk oyunadək mükafatlarını və iyun ayı üçün nəzərdə tutulan maaşlarını alacaqlarına ümid bəsləyirlər.

Qeyd edək ki, “Qarabağ” “Kukesi” ilə ilk matçını səfərdə keçirəcək. İyulun 25-i “Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi