“Qarabağ”ın rəqibinin futbolçusu əməliyyat olunub

“Qarabağ”ın rəqibinin futbolçusu əməliyyat olunub Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun futbolçusu Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunub.
Futbol
10 Oktyabr , 2018 10:31
“Qarabağ”ın rəqibinin futbolçusu əməliyyat olunub

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun futbolçusu Aleksandr Kobaxidze çiynindən aldığı zədəyə görə əməliyyat olunub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçinin meydanlara qayıdacağı tarix sağalma prosesindən asılı olaraq 6-8 həftə çəkə bilər. Belə olacağı halda, Kobaxidze “Vorskla”nın “Qarabağ”a qarşı keçirəcəyi hər iki görüşü buraxacaq.

Ukrayna təmsilçisinin 29 yaşlı futbolçusu Denis Vasin isə zədəsini sağaldıb. Ukraynalı forvard məşqlərə başlamaq üçün həkimlərin icazəsini gözləyir.

Qeyd edəkl ki, “Qarabağ” və “Vorskla” arasındakı ilk görüş oktyabrın 25-də Bakıda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Ukraynanın Poltava şəhərində təşkil olunacaq.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi