"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat olunub

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat olunub UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Ludoqorets"in (Bolqarıstan) futbolçusu əməliyyat olunub.
Futbol
8 Avqust , 2024 17:26
Qarabağın rəqibinin futbolçusu əməliyyat olunub

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ludoqorets"in (Bolqarıstan) futbolçusu Bernard Tekpetey əməliyyat olunub.

"Report"un məlumatına görə, Bakıda keçirilən ilk matçda Kevin Medina ilə mübarizədə zədə alaraq meydanı xərəkdə tərk edən hücumçu cərrahi müdaxiləyə ehtiyac duyub.

Avstriyada əməliyyat olunan forvard 1 həftədən sonra Razqard şəhərinə geri dönəcək.

Qeyd edək ki, "Qarabağ" və "Ludoqorets" komandaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb. Cavab görüşü avqust ayının 13-ü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi