"Qarabağ"ın rəqibi universal futbolçu transfer edir

"Qarabağ"ın rəqibi universal futbolçu transfer edir "Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.
Futbol
28 İyun , 2022 10:14
Qarabağın rəqibi universal futbolçu transfer edir

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Poznan təmsilçisi Norveçin "Rusenborq" klubundan Pavle Vagiçi transfer edir.

İsveçin U-21 yığmasının da üzvü olan 22 yaşlı oyunçu universallığı ilə seçilir. O, həm müdafiənin mərkəzində, həm də yarımmüdafiə xəttində çıxış edə bilir.

Qeyd edək ki, "Lex" "Qarabağ"a ilk oyununu iyulun 5-də evdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi