“Qarabağ”ın rəqibi “Sevilya” yenidən qələbə qazanıb

“Qarabağ”ın rəqibi “Sevilya” yenidən qələbə qazanıb Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Sevilya komandası İspaniya La Liqasının IX turunda Levante üzərində qələbəyə nail olub.
Futbol
21 Oktyabr , 2019 06:31
“Qarabağ”ın rəqibi  “Sevilya” yenidən qələbə qazanıb

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sevilya" komandası İspaniya La Liqasının IX turunda "Levante" üzərində qələbəyə nail olub.

"Report"un məlumatına görə, "Ramon Sançes Pisxuan" stadionundakı matçda yeganə qolu 86-cı dəqiqədə Lük de Yonq vurub.

Bununla da "Sevilya" 14 xalla 6-cı pilləyə qalxıb. 

Növbəti turda rəqib "Xetafe" olacaq. Görüş oktyabrın 27-də keçiriləcək.

Qeyd edək ki, "Sevilya" Avropa Liqasında III tur matçını oktyabrın 24-də səfərdə "Düdelanj"a qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi