"Qarabağ"ın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir "Çelsi" Mauro İkardi üçün "İnter"ə 120 milyon avro ödəməyə hazırdır
Futbol
470
13 Noyabr , 2017 17:37
Qarabağın rəqibi rekord məbləğə futbolçu transfer etmək istəyir
Getty Images

Bakı. 13 noyabr. REPORT.AZ/ Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu 120 milyon avroya futbolçu transfer etmək istəyir.

“Report” “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi İtaliya “İnter”inin hücumçusu Mauro İkardinin xidmətində maraqlıdır.

Argentina yığmasının 24 yaşlı forvardının “Çelsi”yə keçidi baş tutarsa, İngiltərə futbolunda yeni transfer rekdordu qeydə alınacaq.

Qeyd edək ki, İngiltərənin transfer rekordu “Mançester Yunayted”ə məxsusudur. “Qırmızı şeytanlar” ötən il Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105,2 milyon avro ödəyiblər. 2013-cü ildən “İnter”in formasını geyinən Mauro İkardi iştirak etdiyi 135 oyunda 82 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi