"Qarabağ"ın rəqibi Portuqaliyadan 2 futbolçu transfer edib

"Qarabağ"ın rəqibi Portuqaliyadan 2 futbolçu transfer edib "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"i heyətini iki yeni futbolçu ilə gücləndirib.
Futbol
31 Avqust , 2021 20:03
Qarabağın rəqibi Portuqaliyadan 2 futbolçu transfer edib

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"i heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi Portuqaliya "Benfika"sından müdafiəçi Tomaş Tavarişi və "Sportinq"dən hücumameylli yarımmüdafiəçi Joelson Fernandeşi icarəyə götürüb.

20 yaşlı arxa xətt oyunçusu ilə 1, 18 yaşlı vingerlə isə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Bazel" ilk görüşünü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"a qarşı keçirəcək. H qrupunda Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" komandaları da yer alıb.

Son xəbərlər

Orphus sistemi