"Qarabağ"ın rəqibi növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi növbəti qələbəsini qazanıb UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" komandası Fransa Liqa 1-də XXII turun görüşünə çıxıb.
Futbol
1397
23 Yanvar , 2022 01:51
Qarabağın rəqibi növbəti qələbəsini qazanıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Marsel" komandası Fransa Liqa 1-də XXII turun görüşünə çıxıb.

"Report"un məlumatına görə, səfər oyununda rəqib "Lans" klubu olub.

Qarşılaşma "Marsel"in qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 34-cü dəqiqədə penaltidən Dimitri Paye açıb. 77-ci dəqiqədə isə yeni transfer Sedrik Bakambu yekun nəticəni müəyyənləşdirib.

Bununla da xalını 40-a çatdıran "Marsel" ikinci pilləyə yüksəlib. Komandanın ehtiyatda bir oyunu var. "Lans" isə 22 oyundan 33 xalla 7-cidir. Turnir cədvəlinə 50 xalla PSJ başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab görüşünü fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi