"Qarabağ"ın rəqibi konqolu hücumçu ilə müqavilə imzalayıb

"Qarabağ"ın rəqibi konqolu hücumçu ilə müqavilə imzalayıb "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
13 Yanvar , 2022 18:44
Qarabağın rəqibi konqolu hücumçu ilə müqavilə imzalayıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi konqolu hücumçu Sedrik Bakambunu transfer edib. 31 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Son olaraq Çinin "Beytszin Qoan" klubunda çıxış etmiş Bakambu 87 oyunda 58 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi