"Qarabağ"ın rəqibi jurnalistlər üçün qapalı rejimə keçib

"Qarabağ"ın rəqibi jurnalistlər üçün qapalı rejimə keçib UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a keçirəcəyi oyunlardan öncə Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom komandanı jurnalistlər üçün qapadıb.
Futbol
25 İyun , 2022 15:59
Qarabağın rəqibi jurnalistlər üçün qapalı rejimə keçib

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a keçirəcəyi oyunlardan öncə Polşa "Lex"inin yeni baş məşqçisi Con van den Brom komandanı jurnalistlər üçün qapadıb.

"Report"un məlumatına görə, hazırda Opalenitsadakı bazada təlim-məşq toplanışında olan Poznan təmsilçisində oyunçular və məşqçilər heyətinin media ilə ünsiyyətinə qadağa qoyulub. Hollandiyalı baş məşqçi futbolçuların fəaliyyətinə nəzarət etmək üçün belə bir qərar verib. O, müsahibə üçün cəmi bir gün ayırıb. Lakin açıq məşqin məhz hansı gün olacağı bilinmir.

Jurnalistlərdən gizlənməsi "Lex"ə hələlik gözlənilən effekti verməyib. Komanda yay hazırlıq dövründə keçirdiyi yoxlama görüşlərində "Vidzev"ə 1:2, "Poqon"a 0:1 hesabı ilə uduzub. Jurnalistlər və bir qrup azarkeş ikinci oyunu izləyə bilib. Qarşılaşmadan sonra yalnız futbolçu Radovlav Muravski mediaya açıqlama verib. Baş məşqçi isə dərhal hotelə yollanıb.

Qeyd edək ki, "Lex" "Qarabağ"la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi