"Qarabağ"ın rəqibi həftə ərzində ikinci səfər qələbəsini qazanıb - VİDEO

"Qarabağ"ın rəqibi həftə ərzində ikinci səfər qələbəsini qazanıb - VİDEO "Roma" səfərdə "Milan"ı məğlub edib
Futbol
1 Oktyabr , 2017 22:15
Qarabağın rəqibi həftə ərzində ikinci səfər qələbəsini qazanıb - VİDEO

Bakı. 1 oktyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Roma" komandası İtaliya A Seriyasında VII tur matçına çıxıb.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi səfərdə "Milan"la qarşılaşıb.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 72-ci dəqiqədə Edin Ceko, 77-ci dəqiqədə isə Alessandro Florentsi vurub. Meydan sahibləri 80-ci dəqiqədə Hakan Çalhanoğlunun qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurublar.

Bu, "Roma"nın həftə ərzində ikinci səfər qələbəsi olub. Daha əvvəl "canavarlar" Bakıda "Qarabağ"ı Çempionlar Liqasının II tur matçında yeniblər - 2:1. A Seriyasındakı qələbə sayəsində "sarı-qırmızılar" 15 xalla 5-ci pilləyə yüksəlib. 12 xala malik "Milan" isə 7-ci pilləyə enib.

"Qarabağ"ın qrupdakı digər rəqiblərindən "Atletiko" İspaniya La Liqası matçında "Leqanes"lə səfərdə qolsuz heç-heçə edib. "Çelsi" isə İngiltərə Premyer Liqası qarşılaşmasında "Mançester Siti"yə uduzub - 0:1. "Qarabağ" evdə "Zirə" ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi