"Qarabağ"ın rəqibi futbolçusunun transfer qiymətini açıqlayıb

"Qarabağ"ın rəqibi futbolçusunun transfer qiymətini açıqlayıb Yarımmüdafiəçi "Yuventus" və "Çelsi"nin maraq dairəsindədir
Futbol
7 Dekabr , 2016 11:13
Qarabağın rəqibi futbolçusunun transfer qiymətini açıqlayıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Avropa Liqasın qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ"la qarşılaşacaq İtaliyanın "Fiorentina" klubu futbolçusu Federiko Bernardeskinin transfer qiymətini açıqlayıb. "Report"un "Tribal Football"a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçini transfer etmək istəyən komanda 40 milyon avro ödəməlidir.

Nəşr 22 yaşlı oyunçunun artıq İtaliyanın "Yuventus" və İngiltərənin "Çelsi" klublarının maraq dairəsində olduğunu bildirib. Üstəlik, Bernardeskinin İspaniya "Atletiko"sunda da çıxış etmə ehtimalının olduğu yazılıb.

Qeyd edək ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi